Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib

Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib

Hazırda oxunan: Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib
142843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması ilə əlaqədar Boston Consulting Group” (BCG) şirkətinin icraçı direktoru Arturs Smilkstinsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Bizim.Media xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması çərçivəsində “Boston Consulting Group” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib.  

Bu sahədə inkişaf tendensiyaları, beynəlxalq təcrübə nəzərdən keçirilib. Elektromobillik planının hazırlanması üzrə şirkətin ilkin yanaşması, baxışları diqqətə çatdırılıb. Elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün enerji doldurma infrastrukturunun yaradılması, bu prosesin enerjiyə tələbata təsiri, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası” konsepsiyasında inkişafı üçün elektromobilliyin tətbiqi, həmçinin ölkəmizdə elektromobillik planının hazırlanması üçün Texniki Tapşırıq sənədi ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO