"Rusiyada bahalaşma yayda da davam edəcək" – Təhlükəli PROQNOZ

Hazırda oxunan: "Rusiyada bahalaşma yayda da davam edəcək" – Təhlükəli PROQNOZ

141461

Bu ilin may ayının nəticələrinə görə, Rusiya Federasiyasında məhsullar illik ifadədə 0,91% azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb. 

Bununla bağlı açıqlama verən Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko “RİA Novosti” agentliyinə müsahibəsində, ölkədə ərzaq deflyasiyasının (yerli valyutanın alıcılıq qabiliyyətinin artması – red:) bütün yayboyu davam edəcəyini söyləyib. 

Deflyasiyanın sentyabrda da özünü büruza verəcəyini deyən V.Abramçenko ərzaq qiymətləri ilə bağlı vəziyyəti həftəlik olaraq izlədiklərini bildirib:

“Biz bunu pandemiya təcrübəsindən öyrənmişik. Proqnozlarımız çox yaxşıdır və ümid edirəm ki, ərzaq inflyasiyaya heç bir xoşagəlməz məqam qatmayacaq”.

Xatırladaq ki, ötən ay Rusiyada illik inflyasiya 2,51%-ə qədər sürətlənib. xiyarda 37,4 faiz, pomidorda isə 26,1 faiz ucuzlaşma baş verib. Ağ kələm 86,6 faiz, yerkökü 21,4 faiz bahalaşıb. 

Rusiyada yay aylarında ərzaq deflyasiyasının miqyasının artması Mərkəzi Bankının iyulun sonunda əsas uçot dərəcəsini artırmaq qərarında əsas rol oynaya bilər.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO