Nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı YENİ CƏRİMƏLƏR  

Nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı YENİ CƏRİMƏLƏR  

Hazırda oxunan: Nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı YENİ CƏRİMƏLƏR  
140590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər. 
Bu tələb qəbul ediləcəyi təqdirə qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək. 

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO