Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO  

Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO  

Hazırda oxunan: Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO  
138592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda kartofun satış qiyməti ucuzlaşıb. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonda kartofun satışında ciddi problem yaşanır. 

Fermerlər isə bu durumdan şikayətçidirlər. 

Onların sözlərinə görə bir-neçə gündür ki, kartof yığımında fasilə yaranıb. Rusiya bazarlarında böhran yaşandığı üçün ixracatçılar gözləmə mövqeyi nümayiş etdirir. Bu da ilk növbədə qiymətin sürətlə  enməsinə səbəb olur. 

Fermerlər deyir ki, əvvəllər kartofun satış qiymət münasib idi. Amma onda da məhsuldarlıq aşağı idi. 

İndi isə alıcılıq səviyyəsi kəskin azalıb. Bu isə təbii ki, fermerləri çətin vəziyyətə salıb. 

Onların sözlərinə görə mövsümün başlanğıcında 1 manata satılan kartofun indiki qiyməti 20-25 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir. 

Fermerləri daha çox narahat edən məhsulun sahədə qalmasıdır. Onlar  deyir ki, məhsul sahədə qalsa qurd yeyəcək və heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıblar. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var. 

Qeyd edək ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb.  
Mütəxəssislərin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. 

Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO   - foto 1
Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO   - foto 2

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO