10 manatlıq şirkət ADNSU-nun 756 minlik TENDERİNİN QALİBİ OLDU – FOTO 

10 manatlıq şirkət ADNSU-nun 756 minlik TENDERİNİN QALİBİ OLDU – FOTO 

Hazırda oxunan: 10 manatlıq şirkət ADNSU-nun 756 minlik TENDERİNİN QALİBİ OLDU – FOTO 

137307

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Elmi-tədqiqat işlərinin aparılması məqsədilə maşın və avadanlıqların satın alınması” ilə bağlı aprelin 18-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, tenderin qalibi “ST Mark” Qapalı Səhmdar Cəmiyyətidir.
 

MÖVZU İLƏ BAĞLI:

6.00 manat kapital, milyonluq tenderlər - Müəmmalı qalib “SİMMETRİYA” MMC


Yaxın günlərdə tərəflər arasında maliyyə dəyəri 755 min 892 manat olan satınalma müqaviləsi imzalanacaq.

Müqavilənin şərtlərinə əsasən, şirkət ADNSU üçün 3 ədəd sensor ekranlı şpris pompası, 1 ədəd rəqəmsal voltmetr, 1 ədəd mutimetr, 1 ədəd multimeter, 1ədəd mini generator, 1 ədəd teodolit aparatı, 25 ədəd müasir stanadrtlara uyğun geoloji kompas, 1 ədəd noutbuk, 5 ədəd müxtəlif markalı şaquli elektrik səsləndirilməsi sistemi, 2 ədəd su təmizləmə sistemi, 2 ədəd dəqiq ölçü üçün tərəzi və digər 35 adda avadanlıqların alınmasını həyata keçirəcək. 

Qeyd edək ki, “ST Mark” QSC 17 sentyabr 2007-ci idə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən MMC kimi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkət Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşir. Qanuni təmsilçisi İsmayılov Fəxran Məmmədhüseyn oğludur.

Bildirək ki, İsmayılov Fəxran Məmmədhüseyn oğlu 2016-cı ilin noyabr ayında daha 2 şirkəti dövlət qeydiyyatından keçirib.

Nizami rayonu, Qara Qarayev pr.-də qeydiyyatda olan “Fərxan” MMC 18.11.2016-cı il, Nizami rayonu, Əli Əliyev, ev 5, m. 31-də qeydiyyatda olan “Veles” MMC isə 29.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Adıçəkilən şirkət ilk dəfə 24 noyabr 2020-ci ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən “idman inventarının satın alınması” tenderində qalib olub və aralarında 3 milyon manatlıq satınalma müqaviləsi imzalanıb.

Şirkət 2022-ci il ərzində isə üst-üstə 4 böyük tenderin qalibi olub və ümumilikdə ümumi dəyəri 4 milyon 916 min 467 mana olan satınalma müqavilələri imzalayıb. Belə ki, 23 avqust 2022-ci ildə İN yanında Dövlət Vergi Xidmətinin “Val, toner və kartriclərin satın alınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və aralarında 100 min 302 manat olan tender müqaviləsi imzalanıb.

Maliyyə dəyəri 433 min 441 manat olan ikinci satınlama müqaviləsi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (THƏTTİ) ilə imzalanıb.

Müavilənin şərtlərinə görə, şirkət İdarə üçün atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər maddəsi üzrə malların satın alınmasını həyata keçirib. 

Həmin dövrdə isə “ST Mark” QSC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi satınalma müsabiqəsinin qalibi olub.

Qurumla şirkət arasında maliyyə dəyəri 27 min 994 manat təşkil edən müqavilə imzalanıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün dəftərxana və təsərrüfat ləvazimatları, mal və materialların satın alınmasını həyata keçirib.

“ST Mark” QSC 04 noyabr 2022-ci ildə yeni ETN-nin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər maddəsi üzrə malların satın alınması” tenderində qalib olub və aralarında bağlanan satınlama müqviləsi əsasında 482 min 724 manat qazanc əldə edib. 


2022-ci ilin sonuncu tender müqaviləsi yenidən THƏTTİ ilə imzalanıb və maliyyə dəyəri açıqlanmayan müqavilə əsasında şirkət mətbəə məhsullarının satınalınmasını təşkil edib.










Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO