Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK  

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK  

Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK  

133656

Azərbaycan Mərkəzi Bankı mayın 3-də növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. 

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir. 

Mərkəzi Bank bundan əvvəl, martın 29-da uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb. 

AMB vurğulayıb ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. "Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq.
Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq", - deyə tənzimləyici qurumun açıqlamasında bildirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO