İrihəcmli nağd əməliyyatlar üzrə monitorinq sistemi formalaşdırılacaq

İrihəcmli nağd əməliyyatlar üzrə monitorinq sistemi formalaşdırılacaq

Hazırda oxunan: İrihəcmli nağd əməliyyatlar üzrə monitorinq sistemi formalaşdırılacaq
123083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üçün irihəcmli nağd əməliyyatlar üzrə müntəzəm monitorinq sistemi formalaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əks olunub.

Fəaliyyət planına əsasən, irihəcmli nağd əməliyyatların araşdırılması üçün metodoloji yanaşmaları, bu əməliyyatı aparan müştərilərin işgüzar münasibətlərinin mütəmadi monitorinqi sistemi və vəsaitin mənbəyi bilinməyən və ya şübhə yaradan hallarla bağlı hesabatlılığın təmin edilməsi və təxirəsalınmaz addımlar atılması təcrübəsini formalaşdırılması prosesinə Azərbaycan Mərkəzi Bankı (AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları - Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO