Pakistanda SOCAR-ın iştirakı ilə LNG terminalı yaradıla bilər

Pakistanda SOCAR-ın iştirakı ilə LNG terminalı yaradıla bilər

Hazırda oxunan: Pakistanda SOCAR-ın iştirakı ilə LNG terminalı yaradıla bilər
121775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanda SOCAR-ın iştirakı ilə LNG terminalı yaradıla bilər. Pakistanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə LNG terminalı yaradıla bilər. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

Bildirilib ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə keçirilən görüşdə aparılıb. 

Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.  

Mayeləşdirilmiş təbii qazın (LNG), neft məhsullarının təchizatı üzrə mövcud əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Həmçinin enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub.  

İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib. 
Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO