Sərnişindaşıma özəl sektorun əlindən alınmalıdır – Qiymət artımına REAKSİYA

Sərnişindaşıma özəl sektorun əlindən alınmalıdır – Qiymət artımına REAKSİYA

Hazırda oxunan: Sərnişindaşıma özəl sektorun əlindən alınmalıdır – Qiymət artımına REAKSİYA

117845

Avtobuslarda və metroda gediş haqları 33 faiz artdı. Əslində bu gözlənilən addım idi. Çünki, sərnişindaşımada qiymətlər neçə il idi ki, sabit qalmışdı. Üstəlik, ötən ilin sonlarında özəl daşıyıcı şirkətlərin rəhbərləri hökümətə müraciət etmişdilər. Və müraciətdə 2 variant təklif olunmuşdu:

Birincisi, özəl daşıyıcı şirkətlərə dövlət tərəfindən dotasiyaların verilməsi.

İkincisi, daşıma qiymətlərinin ən azı 50 qəpiyədək artırılması.

Hökümət təkifləri dəyərləndirib və optimal variant seçib. Fevralın 2-dən metro və avtobuslarla sərnişindaşımada qiymətlər 33 faiz bahalaşdı.

Bəs, qiymət artımı xidmətin keyfiyyətini nə qədər yüksəldəcək? 

Paytaxtımızın ən iri daşıyıcı şirkəti olan “BakuBus”-un sözçüsü Elnur Qarayev artan qiymət daşıyıcı şirkətlərin ziyanının müəyyən qismini kompensasiya edə biləcəyini deyib:

“Biz əsas diqqəti yönəldəcəyik avtobuslar üçün yeni avadanlıqların alınmasına. Bildiyiniz kimi son vaxtlar baş verən qiymət artımı imkan vermirdi ki, istənilən qədər ehtiyat hissələr tədarük edilsin. Yəqin ki, bu problem yaxın zamanda öz həllini tapacaq.
Ehtiyat hissəsinin az olması daşıyıcı şirkətlərinə imkan vermirdi ki, marşruta tələb olunan qədər avtobus çıxarılsın. Nəticədə, qrafikdə də gecikmələr olurdu. Qiymət artımı ilk növbədə xidmətin keyfiyyətini artıracaq. Daha əvvəlki kimi kondisioneri işləməyən avtobusları yəqin ki, sərnişinlərimiz görməyəcək. Eləcə də interval problemi aradan qalxacaq”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovsa bildirib ki, dövlət özəl sektorda olan daşıyıcı şirkətlərin müraciətini nəzərə alaraq bu qiymət dəyişikliyinə gedib:

“Təbii ki, qiymət artımının müqabilində daşıyıcı şirkətlər də öz öhdəliklərini yerinə yetirməli, sərnişindaşımadakı xidmətin keyfiyyətini artırmalıdırlar. Yəni marşurutda azaltdıqları avtobusların sayını artırmalı, intervala ciddi əməl edilməlidir. Bu ən yaxın günlər üçün qoyulan öhdəlikdir. Yaxın 3 ay müddətində isə sərnişindaşımada olan problemlər aradan qaldırılmalıdır”.
Ekspert onu da əlavə edib ki, düşünürəm ki, dövlət şirkət sahiblərini eşitdiyi kimi, sahibkarlar da dövlət qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər: 

“Əks-təqdirdə qaydalara əməl etməyən şirkətlər sərnişindaşımadan kənarlaşdırılmalıdır".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO