Çempionlar Liqasında “pley-off”a yekun vuruldu -

Çempionlar Liqasında “pley-off”a yekun vuruldu - "Trabzonspor" mübarizəni dayandırdı

Hazırda oxunan: Çempionlar Liqasında “pley-off”a yekun vuruldu - "Trabzonspor" mübarizəni dayandırdı
90302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan Zaqreb təmsilçisi cavab qarşılaşmasının əsas vaxtında 2:1 hesabı ilə qalib gəlib. Görüşdə əlavə vaxta oynanılıb. Əlavə vaxtda daha iki qol vuran ev sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. Bununla da Zaqrebin "Dinamo" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.

Cavab oyununu evdə keçirən Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Görüşdə hesab açılmayıb – 0:0. İki oyunun nəticəsinə görə Türkiyə təmsilçisi mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
 

PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gəlib. Qonaq komanda minimal hesabla qələbə qazanaraq adını Çempionlar Liqasına yazdırıb – 0:1. Qarşılaşmanın yeganə qolunu 60-cı dəqiqədə Antonio Colak vurub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

"Dinamo" (Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1

Qollar: Mislav Orşiç, 4. Bruno Petkoviç, 35. Yosip Drmiç, 117. Petar Boçkay, 120 - Albert Qrönbek, 70

İlk oyun - 0:1;

"Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 0:0

İlk oyun - 1:2;

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 0:1

Qol: Antonio Colak, 60

İlk oyun - 2:2.

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO