“Qarabağ”x9dın rəqibi Respublika Stadionundan imtina etdi

“Qarabağ”x9dın rəqibi Respublika Stadionundan imtina etdi

Hazırda oxunan: “Qarabağ”x9dın rəqibi Respublika Stadionundan imtina etdi

89098
Qarşılaşma öncəsində problem yaranıb.

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”x9d III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Şotlandiyanın “Seltik”x9d klubunu qəbul edəcək. 

Moderator.az sport7.az-a istinadən xəbər verir ki, qarşılaşma öncəsində problem yaranıb.

Belə ki, bu gün axşam Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxmalı olan qonaq rəsmilər günorta saatlarında mərkəzi arenaya baş çəkib. Şotlandlar meydançanın durumu ilə tanış olandan sonra qarabağlılara oyunöncəsi son hazırlığı başqa arenada keçirmək istədiklərini bildiriblər. 

Təmsilçimiz də qlazqoluları razı salmaq üçün alternativ variant axtarışına çıxıb. 

Saytın yaydığı məlumata görə, ağdamlılar hətta “Bakcell Arena"nı xidmətindən yararlanmaq istəyir. Artıq bununla bağlı stadionun məxsus olduğu AFFA-ya müraciət ünvanlanıb. Assosiasiyadan müsbət cavab alınmayacağı halda məcburən oyunöncəsi məşq Respublika stadionunda keçiriləcək. Amma qonaqların ixtiyarına  "Qarabağ" bazasının verilmə variantı da var.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO