Azərbaycan medal sıralamasında 5-cidir - İslamiada 

Azərbaycan medal sıralamasında 5-cidir - İslamiada 

Hazırda oxunan: Azərbaycan medal sıralamasında 5-cidir - İslamiada 
88370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib. 

Bizim.Media xəbər verir ki, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır. 

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb. 
İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib. 

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırmada (3 bürünc) və para-oxatma (2 bürünc) və əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO