Voleybol yığmamızın baş məşqçisi istefaya göndərildi

Voleybol yığmamızın baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: Voleybol yığmamızın baş məşqçisi istefaya göndərildi

83677
Voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Oyunlarında medal qazana bilməməyi baş məşqçi dəyişikliyi ilə nəticələnib.

Moderator.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın “sükanı arxası”x9dna keçib. 

O, AVRO-2013-ün final mərhələsi zamanı bu posta gətirilən Aleksandr Çervayovu əvəzləyib.
 
Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.
 
Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO