\

\"Qarabağ\"ın sabiq futbolçusunun psixologiyası pozulub

Hazırda oxunan: \"Qarabağ\"ın sabiq futbolçusunun psixologiyası pozulub

8276

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geye hazırda çıxış etdiyi Rumıniyanın "Dinamo" klubunda problemlə üzləşib.

Bizim.Media xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu bir neçə aydır maaş ala bilmir.

Buxarest təmsilçisində ayda 25 000 avro qazanan 31 yaşlı forvardın psixologiyasının pozulduğu bildirilir.

İddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO