Azərbaycan “F1”də uşaqlar üçün xüsusi ZONA

Azərbaycan “F1”də uşaqlar üçün xüsusi ZONA

Hazırda oxunan: Azərbaycan “F1”də uşaqlar üçün xüsusi ZONA

77882

"Formula 1" üzrə Azərbaycan Qran-prisində uşaqlar üçün xüsusi zona olacaq. 

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bizim.Media-ya verilən məlumata görə, uşaqlar və yeniyetmələr üçün Dənizkənarı Milli Park ərazisində “Game Park” quraşdırılıb. 

Burada uşaqlar üçün “Upside Down” illüziya otağı, “Climbing Wall” dırmanma divarı, “Helmet Bouncy Castle” batut qurğusu fəaliyyət göstərəcək. 

Bundan əlavə, azyaşlılar "Trampoline" qurğusunda fərdi yarış keçirə, “Have a ride”də isə "Formula 1" yarış halqasının kiçik ölçüdə quraşdırılmış hissəsində bacarıqlarını göstərə bilərlər. 
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO