Çavuşoğlu Ceyhun Bayramovla Türkiyə yığmasının oyununu izlədi - VİDEO 

Çavuşoğlu Ceyhun Bayramovla Türkiyə yığmasının oyununu izlədi - VİDEO 

Hazırda oxunan: Çavuşoğlu Ceyhun Bayramovla Türkiyə yığmasının oyununu izlədi - VİDEO 
77835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Ankara İdman Salonunda FIVB Millətlər Liqasının dördüncü matçında Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləyib.
 

Bizim.Media xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviter hesabında Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib. Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə Türkiyə voleybolçularının matçını izləməsini əks etdirən videogörüntünü paylaşaraq yazıb:

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Qeyd edək ki, Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.

Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyədə səfərdədir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO