Qurban Qurbanovun fitnes klubu - Açılışa nazir də gəldi - FOTO

Qurban Qurbanovun fitnes klubu - Açılışa nazir də gəldi - FOTO

Hazırda oxunan: Qurban Qurbanovun fitnes klubu - Açılışa nazir də gəldi - FOTO

72983

Mayın 5-də Bakıda “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovun təsis etdiyi "My Class" fitnes klubu fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda Kiçik və Orta Biznesin Sahibkarlığı Agentliyinin yaydığı məlumatda bildirilir.

Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Kiçik və Orta Biznesin Sahibkarlığı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal miqyasda gəlirli sektorlardan olan sağlamlıq biznesinin ölkəmizdə də inkişaf etdiyini, bu sahədə xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini qeyd edib.

Vurğulanıb ki, Agentlik sahənin inkişafını və yeni sahibkarlıq obyektlərinin yaradılmasını KOBİA-nın dəstək və xidmətləri çərçivəsində dəstəkləməkdə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO