Zəfər Kuboku ilə bağlı Təşkilat Komitəsi yaradıldı - FOTO

Zəfər Kuboku ilə bağlı Təşkilat Komitəsi yaradıldı - FOTO

Hazırda oxunan: Zəfər Kuboku ilə bağlı Təşkilat Komitəsi yaradıldı - FOTO
70322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə baş tutacaq yarışın Təşkilat Komitəsində beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov, veteran futbolçu Novruz Əzimov, futbol agenti Səbuhi Səfiyarlı və idman jurnalisti Mehman Süleymanov yer alıb. 

Məqsəd Zəfər Kubokunun yüksək səviyyədə təşkili və yarışla bağlı məsələlərin həllinə dəstək olmaqdan ibarətdir. 

Turnirə jurnalistlərin böyük marağını nəzərə alaraq, baş sponsor ETOPAZ-la məsləhətləşmələrdən sonra komanda sayının artırılması qərara alınıb. İştirakçı komandaların ümumi sayı və yarışın Əsasnaməsi, püşkatmanın vaxtı barədə əlavə məlumat veriləcək. 
Qeyd edək ki, Zəfər Kuboku 4 may - 19 iyunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO