Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO

Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO

Hazırda oxunan: Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO
641591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, ultramarafon iştirakçıları sonuncu mərhələdə Ağdamdan Xankəndiyədək 29,2 kilometr məsafə qət ediblər.

Yarış Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) mərhələlərindən ibarət olub. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.

Sonuncu mərhələdə kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə ukraynalı Olena Şevçenko finişə birinci çatıb.

Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilərin mübarizəsində David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.

Qadınların yarışında Olena Şevçenko ümumi hesabda birinci yeri tutub. Rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.

Qeyd edək ki, ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda dörd ölkədən 64 atlet 380 km məsafəni qət edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona altı ölkədən 81 idmançı qatılıb.




Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 1
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 2
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 3
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 4
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 5
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 6
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 7
Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO