"Sabah"ın "Mançester Yunayted" komandasına məğlubiyyəti böyük təcrübə deməkdir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Mançester Yunayted"lə (İngiltərə) I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.
Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
"Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. "Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur. Buna görə də "Old Trafford"da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir.
Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. "Mançester Yunayted" bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:57 / 11.09.2026
“Sabah”ın baş məşqçisi: “Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur
Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur
Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur
635988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































