Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Hazırda oxunan: Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

631993

Azərbaycanı həndbol üzrə avrokubokların 2026/2027 mövsümündə iki komanda təmsil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

Beynəlxalq dərəcəli hakim qitəmiqyaslı yarışlarda "Kür"ün qadınlardan və kişilərdən ibarət komandalarının mübarizə aparacağını deyib.

O, hazırda Azərbaycanda yalnız "Kür" klubunun fəaliyyət göstərdiyini, komandaların öz zallarında məşq etdiklərini, idmançıların maaş aldıqlarını deyib.

Qeyd edək ki, həndbol üzrə ölkə çempionatının 2025/2026 mövsümü yarımçıq dayandırılıb.

Həmçinin Azərbaycan Kubokunun yarımfinal və final mərhələləri keçirilməyib. Avrokubok matçlarına sentyabrda start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO