Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi
631817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, Yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib.

O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq.

Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə gələcək.
 

Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini “tuş”la məğlub edərək yarımfinala yüksəlib. O, final uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.


Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO