Avropanın ən çılğın futbolçusu “Ginnesin Rekordlar Kitabı”na düşdü

Avropanın ən çılğın futbolçusu “Ginnesin Rekordlar Kitabı”na düşdü

Hazırda oxunan: Avropanın ən çılğın futbolçusu “Ginnesin Rekordlar Kitabı”na düşdü

631182

Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland eyni anda dörd dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, son çempioanta aqressiv hərəkətləri, davakarlığı ilə xüsusi yadda qalan  norveçli bombardir rəsmi olaraq aşağıdakı göstəricilərə görə rekordçu kimi tanınıb:

UEFA Millətlər Liqasının ən yaxşı bombardiri – aktivində 19 qol var, İngiltərə Premyer Liqasında ən sürətli 100 qol vuran futbolçu – 111 matç ərzində, Liqada bir mövsümdə vurulan qol sayına görə rekordçu (38 tur formatında) –bir mövsüm ərzində 36 qol vurub, Çempionlar Liqasında bir oyunda 5 qol vuran futbolçu – Tarix ərzində bu uğura cəmi iki oyunçu – Lionel Messi və Luis Adriano imza atmışdı.

Xatırladaq ki, 26 yaşlı futbolçu 2022-ci ildə “Mançester Siti”yə keçib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO