Məhəmməd Salah əslən türk imiş

Məhəmməd Salah əslən türk imiş

Hazırda oxunan: Məhəmməd Salah əslən türk imiş

630730

“Trabzonspor”un heyətinə qatdığı dünya şöhrətli futbolçu Məhəmməd Salahın kökləri ilə bağlı maraqlı iddia ortaya atılıb.

Bizim.Media xəbər verir ki, Salahın əcdadlarının Trabzonun Dərnəkpazarı bölgəsindən olduğu iddia edilib.

Məsələni araşdıran Amasya Universitetinin müəllimi Əli Qalib Yücəl Məhəmməd Salahın nəslinin təxminən 6 nəsil əvvəl Osmanlı dövründə yaşamış və “Ekşioğlu” ləqəbi ilə tanınan Əli Paşaya gedib çıxdığını irəli sürüb.

Yücəl qeyd edib ki, Ekşioğulları ailəsinin müxtəlif qolları zamanla Trabzonla yanaşı Rize, Ordu və hətta Misirə qədər yayılıb. Bölgə ilə Ekşioğlu ailəsi arasındakı tarixi əlaqələrə dair bəzi akademik mənbələrdə də məlumatların olduğu bildirilir. (lent.az)

Bizim.Media
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO