Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazandı

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazandı
62142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə - fevralın 26-da qadınlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.

Təmsilçimiz Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə uduzub - 0:6. Tatyana Varansova (53 kq) səkkizdəbir finalda qazaxıstanlı Jıldız Yeşimovaya yenilib - 1:3.

Turnirdə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub - 0:2.

Ancaq rəqibin finala yüksəlməsi A.Kolesnik üçün bürünc medal qazanmaq şansı yaradıb.

Təmsilçimiz həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskaya ilə qarşılaşıb və rəqibinə 8:2 hesabıyla qalib gələrək üçüncü yeri tutub.

Elis Manolova (65 kq) startda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb (11:0) və dörddəbir finala yüksəlib. Təmsilçimiz rusiyalı Mariya Kuznetsovayla gərgin idman mübarizəsi şəraitində keçən görüşdən də qalib (6:5) ayrılaraq adını yarımfinala yazdırıb.

Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı Forrest Molinariyə (ABŞ) uduzan E.Manolova bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabı ilə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Bizim.Media

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazandı - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO