Dünya çempionati tarixində 2300-cü qolu kim vurdu?

Dünya çempionati tarixində 2300-cü qolu kim vurdu?

Hazırda oxunan: Dünya çempionati tarixində 2300-cü qolu kim vurdu?

61867
Hazırda idman ictimaiyyətinin diqqəti Braziliyanın təşkilatçılğı ilə keçirilən 20-ci dünya çempionatına yönəlib.
Olduqca məhsuldar keçən final turnirində artıq 36 oyun olub ki, həmin matçlarda da ümumilikdə 106, başqa sözlə orta hesabla hər görüşə 2,86 qol vurulub. Bu isə o deməkdir ki, DÇ-nin həlledici mərhələlərində futbolçular 2302 dəfə fərqləniblər.
Maraqlıdır, bəs 2300-cü qol kimin aktivindədir? Beləliklə, iyunun 22-də keçirilmiş ABŞ - Portuqaliya qarşılaşmasının 64-cü dəqiqəsində birincilərin futbolçusu Cermeyn Consun vurduğu qol DÇ-nin final turnirlərində qeydə alınmış 2300-cü qol kimi tarixə düşüb.
Cermeyn Cons ”“ 1981-ci il noyabrın 3-də Almaniyada (Frankfurt) anadan olub, yarımmüdafiəçidir, Almaniyanın bir sıra klublarında çıxış edib, icarə əsasında "Bləkbörn”x9dün (İngiltərə) şərəfini də qoruyub, 2014-cü ildə isə Türkiyənin "Beşiktaş”x9d klubuna transfer olunub.
Almaniyanın 21 yaşadək yığmasında 8 oyun keçirib və 3 qol vurub. Ölkənin əsas komandasına da çağırılıb və 3 görüşdə meydana çıxıb. Lakin sonradan ikili vətəndaşlıq məsələsi gündəmə gəlib və bu iş müsbət həll olunandan, yəni 2010-cu ildən artıq ABŞ-ın heyətində çıxış edir: bu müddətdə keçirdiyi 39 matçda 2 dəfə fərqlənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO