“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

Hazırda oxunan: “Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

611553

Xəbər verdiyimiz kimi, bu ildən etibarən orta ixtisas təhsil müəssisələrinə "fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə qəbul dayandırılıb. Belə ki, ixtisas üzrə qəbulun yalnız ali təhsil müəssisələrinə aparılması nəzərdə tutulur.

Bəs bu, hazırda həmin ixtisas üzrə təhsil alanlara maneə yaradacaq? Onların taleyi necə olacaq?

Bizim.Media mövzuyla əlaqədar təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

O həmin ixtisası bitirənlərə bəzi məsləhətlər verib:

"Həmin ixtisası bitirənlərin bəziləri məktəblərdə müəllim olaraq çalışır, bəziləri isə çalışmır. Onlar subbakalavr dərəcəsi aldığı halda bakalavr pilləsində ali təhsil ala bilərlər. Onlara  məsləhətimiz də budur ki, əgər mümkündürsə, bakalavr təhsili alsınlar". 

Bu il sözügedən ixtisasdan məzun olanlar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcəklər?

"Bəli, bu ixtisasdan məzun olanlar  MİQ imtahanında iştirak edə bilərlər, yəni bu barədə bir narahatlıq yoxdur. Qərarın alınmasının səbəbi isə budur ki, əksər ölkələrdə pedaqoji ixtisaslarda ali təhsilə önəm verilir. Yəqin ki, növbəti illərdə məktəbəqədər hazırlıq ixtisası da kolleclərə qəbul planından çıxarılacaq", - deyə ekspert bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO