İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

Hazırda oxunan: İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

611695

İran İslam Respublikasının ABŞ-ın münaqişənin sülh yolu ilə nizamlanmasına dair təklifinə bu gün cavab verəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə CNN regiondakı mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirmişdi ki, Tehranın ABŞ təklifinə cavabı vasitəçi qismində çıxış edən Pakistan tərəfinə təqdim olunacaq.

Qeyd edək ki, daha əvvəl Axios Vaşinqton və Tehranın silahlı münaqişənin başa çatdırılması ilə bağlı bir səhifəlik memorandumun imzalanmasına yaxın olduqlarını yazmışdı.

Məlumata görə, sənəd nüvə danışıqlarının bərpası və regionda gərginliyin azaldılması istiqamətində ilkin çərçivə kimi nəzərdən keçirilir.

Hələlik yekun razılaşmanın əldə olunmadığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO