Belçika klubunun futbolçusu millimizə çağırıldı

Belçika klubunun futbolçusu millimizə çağırıldı

Hazırda oxunan: Belçika klubunun futbolçusu millimizə çağırıldı

615796

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb olunub.

Bizim.Media xəbər verir ki, Belçikanın “Sent-Truiden” futbol komandasının yarımmüdafiəçisi Mustafa Kamara U-21 millisinin düşərgəsinə qoşulub.

18 yaşlı sol vinger mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Mustafa Kamara 2025/2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində 19 oyuna çıxıb və iki qol vurub.
 

Azərbaycan U-21 millisi Türkiyədəki hazırlıq çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Komanda iyunun 6-da Bəhreynin, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.


Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinən Abdulkader Kamaranın oğludur. Futbolçu 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO