22 il sonra qazanılan çempionluğu belə qeyd etdilər – VİDEO

22 il sonra qazanılan çempionluğu belə qeyd etdilər – VİDEO

Hazırda oxunan: 22 il sonra qazanılan çempionluğu belə qeyd etdilər – VİDEO

614300

İngiltərənin “Arsenal” klubu uzun fasilədən sonra Premyer Liqada çempionluğunu rəsmiləşdirib.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, komandanın qələbəsi Şimali Londonda minlərlə azarkeşin küçələrə çıxaraq böyük bayram etməsinə səbəb olub.
 

Çempionluq “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra rəsmiləşib. Bu nəticə “Arsenal”ın turnir cədvəlində liderliyini təmin edib və komanda mövsümün bitməsinə bir tur qalmış titulu qazanıb.


Azarkeşlər “Emirates” stadionu ətrafında toplaşaraq fişənglər yandırıb, klub şüarları səsləndirib və 22 ildir gözlənilən çempionluğu böyük coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, bu, “Arsenal”ın Premyer Liqadakı 14-cü çempionluğudur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO