"Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq..."

"Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq..."

Hazırda oxunan: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq..."
614235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda olacaq.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Qurban Qurbanov mövsümün yekunlarına həsr olunan tədbirdə deyib.

O, Misli Premyer Liqasında başa çatmaqda olan mövsüm barədə danışıb:

"Qarabağ"ın UEFA Çempionlar Liqasında qazandığı uğur, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələr futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələdir. Bu komandanın çəkisi çox ağırdır.
 

Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq".


Tədbirin sonunda futbolçular çıxış edərək başa çatmaqda olan mövsümü dəyərləndirib və komandalarına yeni mövsümdə uğurlar arzulayıblar. Onlar hədəflərə çatmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO