“Real” azarkeşləri Mbappenin klubdan göndərilməsini tələb edirlər

“Real” azarkeşləri Mbappenin klubdan göndərilməsini tələb edirlər

Hazırda oxunan: “Real” azarkeşləri Mbappenin klubdan göndərilməsini tələb edirlər

611570

Madrid “Real”ının azarkeşləri fransalı hücumçu Kilian Mbappenin klubdan satılması tələbi ilə onlayn petisiyaya başlayıblar.

Bizim.Media xəbər verir ki, petisiyaya artıq 12 milyon azarkeşin imza atdığı bildirilir.

Azarkeşlər klub rəhbərliyindən fransalı futbolçunun komandadan göndərilməsini istəyirlər. Daha əvvəl “Real”da Mbappenin davranışından narazılıq olduğu barədə məlumatlar yayılmışdı.
 

Bildirilirdi ki, futbolçu komanda tədbirlərinə gecikir və klub əməkdaşları ilə münasibətdə təkəbbürlü davranır.


Cari mövsümdə 27 yaşlı fransalı futbolçu “Kral klubu”nun heyətində bütün turnirlərdə 41 oyun keçirib. O, bu matçlarda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.

Hazırda Mbappe zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO