"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Hazırda oxunan: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

610995

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
 

Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır.


Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO