Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir

Hazırda oxunan: Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir
60567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyunların hamısı eyni gündə gerçəkləşəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.

"Dinamo"ya qış fasiləsində keçən M.Emreli də Sevilyaya aparılıb və onun yeni komandada debütünün məhz bu matça təsadüf edəcəyi gözlənilir.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşəcək. "Barselona" İtaliyanın "Napoli" komandasının müqavimətini qırmağa çalışacaq.

Günün bütün görüşləri aşağıdakılardı:

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya);

"Zenit" (Rusiya) - "Betis" (İspaniya);

"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya);

"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya);

"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya);

"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan);

"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya);

"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya).

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO