"Neftçi" "Qarabağ"la oyuna itki ilə çıxacaq

Hazırda oxunan: "Neftçi" "Qarabağ"la oyuna itki ilə çıxacaq

604489
“Neftçi” Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la keçiriləcək oyuna itki ilə çıxacaq.
 
Moderator.az-ın məlumatına görə, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
 
O bildirib ki, zədədən sonra fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçi Rəhman Hacıyev Ağdam klubu ilə bugünkü səfər matçında iştirak edə bilməyəcək.
 
Sağ baldır əzələsindəki dartılmaya görə bir müddətdir yaşıl meydanlardan uzaq qalan futbolçunun gələn həftə kollektivlə məşqlərə qoşulması planlaşdırılır.
 
Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO