Azərbaycan Kuboku: Rəşad Sadıqovun komandası yarımfinala yüksəldi

Azərbaycan Kuboku: Rəşad Sadıqovun komandası yarımfinala yüksəldi

Hazırda oxunan: Azərbaycan Kuboku: Rəşad Sadıqovun komandası yarımfinala yüksəldi

59984

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyənləşib.

1/4 finalın son matçında "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşma "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 21-ci dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. 39-cu dəqiqədə Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib.

Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış "Zirə" iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda "Neftçi" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO