Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər

Hazırda oxunan: Türkiyəli futbolçu “Barselona”ya keçə bilər
598346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hoffenhaym"ın müdafiəçisi Ozan Kabak karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Barselona" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
 

La Liqa nəhənginin baş məşqçisi Hans Flik Ozanın oyununu bəyənir. 25 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.


Bunu nəzərə alan "Barselona" yayda azad agent statusunda olacaq oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Türkiyə millisinin üzvü ilə "Milan", "Roma", "Everton" və "Vest Hem" də yaxından maraqlanır.

Qeyd edək ki, "Hoffenhaym" Ozan Kabakı 2022-ci ilin yayında "Şalke"dən 7 milyon avroya transfer edib. Müdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO