16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır

16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır

Hazırda oxunan: 16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır
596689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

III MDB Oyunlarında bürünc medal qazanan boksçu 16 yaşlı Əli Ruşanovun ölümü ilə bağlı araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, yeniyetmə idmançının məşq zamanı həyatını itirməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Boks Federasiyasından bildirilib ki, fevralın 14-ü iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblərmiş. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO