“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Hazırda oxunan: “Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”
596285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 20-ci turunda “Zirə”yə məğlubiyyəti (0:1) şərh edib.

Bizim.Media xəbər verir ki, o, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib:

“Yaxşı mübarizə və maraqlı oyun alındı. Güclü rəqibə qarşı oynadıq, amma biz də yaxşı mübarizə apardıq. Standart vəziyyətdən qol buraxdıq. Oyunun sistemində dəyişiklik etdik, daha çox hücum etməyə başladıq, lakin qol vura bilmədik. Epizodların reallaşdırılmasında futbolçuların ustalığı mühüm rol oynayır. Hazırda çətin vəziyyətdəyik. Belə şəraitdə komandanı motivasiya etmək asan deyil. Ümidimizi itirmirik. Rəhbərlik bizi dəstəkləyir. Bu gün ən azı bir xal qazana bilərdik, amma bunun üçün qol vurmaq lazım idi”.

Mütəxəssis ilk hissədə meydan sahiblərinin cərimə meydançasında baş verən mübahisəli epizodla bağlı suala isə belə cavab verib:

“Orada dirsəklə zərbə var idi, amma hakimlərin bu cür epizodları necə qiymətləndirdiyini bilmirəm. Hakimlərə daha yaxşı görünür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO