Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO
592374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, yığıncaqda yeni Nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

Ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümumi Yığıncağı giriş sözü ilə açan ASF-nin prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib.

Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın fəaliyyəti və gördüyü işləri təqdirəlayiq olaraq dəyənləndirib və federasiyaya gələcək layihələrin həyata keçirilməsində uğurlar arzulayıb.

ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri olub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO - foto 1
Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO