FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər

FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər

Hazırda oxunan: FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər
586004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FIFA-ya şikayət ərizəsi ilə müraciət edib.

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, Nigeriya tərəfi KDR yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan doqquza qədər oyunçunun olduğunu açıqlayıb.
 

Məlumata görə, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər. KDR qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır.


FIFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir.

Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO