"Qarabağ"ın "Marsel"lə oyunlar üçün HEYƏTİ - 3 oyunçu siyahıdan çıxarıldı 

Hazırda oxunan: "Qarabağ"ın "Marsel"lə oyunlar üçün HEYƏTİ - 3 oyunçu siyahıdan çıxarıldı 
58461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. 

Bizim.Media-nın məlumatına görə, siyahıya yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə daxil edilib. 

Əvəzində Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədəli olan Xayme Romero və Türkiyənin Antalya bölgəsindəki toplanış zamanı 10 ay müddətinə sıradan çıxmış Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb. 

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 94. Ayhan Arazlı (B siyahısı) 

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı), 15. Leandro Andrade 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı) 

Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə 

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO