“Qarabağ” niyə çempionat oyunlarını respublika stadionunda keçirmir? - Klubdan AÇIQLAMA

“Qarabağ” niyə çempionat oyunlarını respublika stadionunda keçirmir? - Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ” niyə çempionat oyunlarını respublika stadionunda keçirmir? - Klubdan AÇIQLAMA
584454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” klubu ötən mövsümdə bir çox çempionat oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirirdi. Bu mövsüm isə fərqlidir. Klub respublika stadionundan yalnız Avrokubok matçlarında istifadə edir. 

Düzdür, mövsüm başlayanda arenanın otu o qədər də yaxşı vəziyyətdə deyildi. Gözləmək olar ki, Ağdam klubu bəlkə də bu səbəbdən “Azərsun Arena”nın xidmətlərindən istifadə edir. 

Ancaq komandanın mətbuat katibi Anar Hacıyev Bizim.Media-ya açıqlamasında məsələnin bununla əlaqədar olmadığını deyib:
 

“Bizim çempionat oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirməməyimizin konkret bir səbəbi yoxdur. Əvvəlcədən mövsüm üçün iki stadion slfariş vermişik. “Azərsun arena” və Respublika stadionu. “Azərsun arena” kluba məxsus stadiondur və ev oyunlarımızı da məhz orada keçiririk. Respublika stadionundan isə Avrokubok matçlarında istifadə edirik.


Düzdür, ötən mövsüm bəzi çempionat oyunlarını Tofiq Bəhramovda keçirmişik. Bu da öz stadionumuzda təmir işləri gedən zaman baş verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO