Yankoviç-Silva mübahisəsinə Qurban Qurbanovdan MÜNASİBƏT

Yankoviç-Silva mübahisəsinə Qurban Qurbanovdan MÜNASİBƏT

Hazırda oxunan: Yankoviç-Silva mübahisəsinə Qurban Qurbanovdan MÜNASİBƏT
583050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası çərçivəsində "Napoli" ilə keçirilən görüşdə Marko Yankoviç və Mateus Silva arasında yaşanan mübahisəyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis hadisəni futbolun emosional təbiəti ilə əlaqələndirsə də, futbolçulara intizamla bağlı xəbərdarlıq etdiyini də vurğulayıb:

"Futbol emosional oyundur. Biz bu cür, hətta bundan daha sərt halların dəfələrlə şahidi olmuşuq. Buna baxmayaraq, belə gərgin oyunlarda futbolçular emosiyalarını cilovlamağı bacarmalıdırlar. Çünki bu, matçın gedişatına birbaşa təsir edə bilər. Mən bu barədə ümumi fikirlərimi artıq bildirmişəm və bu mövzuya çox ciddi diqqət ayırıram".

Qeyd edək ki, sözügedən mübahisənin baş verdiyi "Qarabağ" - "Napoli" qarşılaşmasında Azərbaycan çempionu 2:0 hesabı ilə rəqibinə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO