Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək

Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək

Hazırda oxunan: Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək
579143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarşıda bizi Zəfər Günü gözləyir. Bu nəticə də yerinə düşdü”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, bu nəticənin ölkə futboluna böyük fayda verəcəyini bildirib: “Həqiqətən də belə matçlardakı xallar Azərbaycan futboluna xeyir verəcək. Xal qazanmaq önəmli idi. Bunu uğurlu hesab edirəm. Artıq 7 xalımız var. Uşaqlar əsl xarakter göstərdilər. Onlara alqış düşür. Əlimizə düşən şanslardan maksimum istifadə etməliyik. Məşqlərdən doymamalıyıq”.

Baş məşqçi artıq “Qarabağ”ın daha təcrübəli olduğunu söyləyib: “Əsas raunda vəsiqə əldə edəndə ürəyimdə narahatçılıq var idi. Çünki bizi güclü rəqiblər gözləyirdi. Lakin oyunçular əzmkar mübarizə aparırlar. Növbəti mərhələ şansımız var”.

Q. Qurbanov bu cür oyunlarda daha soyuqqanlı olduqlarını vurğulayıb: “Müdafiədə oynamaq istəmirdik. Matçı rəqib tərəfdə keçirirdik. Görüşün sonunadək də hücum futbolu oynamaq olmur. “Çelsi” çox ciddi rəqibdir”.

Mütəxəssis zədə səbəbindən ilk hissədə əvəzlənən Kadi Borgesin durumunun sabah dəqiqləşəcəyini deyib: “Sanki sümüklərindən biri qırılıb. Lakin hər şey həkimlərin rəyindən sonra məlum olacaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO