Məhəmməd Salah Misir yığmasında qol vurdu – KOMANDASI QALİB GƏLDİ - FOTO

Məhəmməd Salah Misir yığmasında qol vurdu – KOMANDASI QALİB GƏLDİ - FOTO

Hazırda oxunan: Məhəmməd Salah Misir yığmasında qol vurdu – KOMANDASI QALİB GƏLDİ - FOTO
57889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Afrika Millətlər Kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, dörddəbir final mərhələsinin ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında Misir yığması Mərakeş seçməsi ilə üz-üzə gəlib. Misirlilər əlavə vaxtda Mərakeşə 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Kamerunun paytaxtı Yaunde şəhərində keçirilib. Misir yığmasının qollarını Məhəmməd Salah (53-cü dəqiqə) və Trezeqe (100) vurub. Mərakeşin heyətində isə Sofian Bufal fərqlənib (7).

Yarımfinalda Misir yığması dörddəbir finalda Qambiya komandasını məğlub edən (2:0) Kamerun komandası ilə oynayacaq.

Son iştirakçının adı Seneqal və Qvineya yığmaları arasında keçirilən görüşdən sonra bəlli olub. Matç senqallıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Seneqalın heyətində Famara Diyedu (28), Şeyx Kuyate (68), İsamyıla Sarr (78), Qvineyanın heyətində isə Jannik Buyla fərqlənib. Seneqal millisi yarımfinalda Burkino-Faso yığması ilə üz-üzə gələcək.

Yarımfinal görüşləri fevralın 2-də və 3-də keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO