Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

Hazırda oxunan: Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”
575891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz” üzərindəki qələbəni (2:1) şərh edib.

Bizim.Media xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ilk hissədə balans tam yox olmayıb və oyun istədikləri kimi getməyib:

“İlk hissədə top çox az oyunda qalırdı, uzun toplar və mübarizə üstünlük təşkil edirdi. Amma ikinci hissədə oyun tam fərqli alındı, rəqibin enerjisi azaldı və daha rahat oynaya bildik. Futbolçularımı təbrik edir, hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Qurbanov “Atletik”lə qarşıda oyundakı hansısa fərqli gedişlər edib-etməyəcəyinə də toxunub:

“İllərdir nə etmişiksə, onu etməyə çalışacağıq. Rəqib taktiki baxımdan güclüdür və buna uyğun oynayacağıq. Futbolçularımızın diqqətli olması vacibdir, matçda nə qədər imkan verəcəklərini isə görəcəyik. Hələlik rəqibi tam təhlil etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq”.

O, həmçinin Marko Yankoviçin həmin görüşdə start heyətdə oynayıb-oynamayacağı barədə sualı da cavablandırıb:

“Sabah məşqimiz olacaq. Oyuna kimi lazımi qərarı verəcəyik. Bu gün onu ehtiyatda saxladım, amma planımda ən azı 30 dəqiqə oynatmaq var idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO