Millimiz Fransaya UDUZDU - VİDEO

Millimiz Fransaya UDUZDU - VİDEO

Hazırda oxunan: Millimiz Fransaya UDUZDU - VİDEO
574670
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olub.

Parisdəki “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda D qrupunda Fransa 9 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. Bu qrupun digər oyununda Urayna İslandiyaya qalib gəlib.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gəliblər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar.

Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan - 3:0

Qollar: Mbappe, 45+2, Adrian Rabyo, 69, Florian Tauvin, 84

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

22:45. İslandiya - Ukrayna - 3:5



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO