İtaliya klubları Maradonanı belə anacaq

İtaliya klubları Maradonanı belə anacaq

Hazırda oxunan: İtaliya klubları Maradonanı belə anacaq
3710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dieqo Armando Maradona İtaliya A seriyasının 9-cu həftəsində anılacaq.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, bu barədə İtalya Futbol Federasyası məlumat yayıb.

Məlumata görə, IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə "Napoli"nin heyətində Almaniya "Bavariya"sına qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək.

Qarşılaşma başlamadan əvvəl, futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.

Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək.

Qeyd edək ki, 60 yaşlı Maradona 25 noyabrda ürək tutmasından vəfat edib. 

Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO