PSJ-dən “Real Madrid”ə: “Mbappeni satmıram”

PSJ-dən “Real Madrid”ə: “Mbappeni satmıram”

Hazırda oxunan: PSJ-dən “Real Madrid”ə: “Mbappeni satmıram”
34123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu İspaniyanın “Real Madrid” komandasının Kilian Mbappe ilə bağlı transfer təklifini rədd edib.

Bu barədə Bizim.Media “Goal.com”a istinadən xəbər verir.

Məlumata görə, “madridlilər” hücumçu üçün 160 milyon avro ödəməyə hazır olublar. Klub rəhbərliyi Mbappenin transferinin köməyi ilə “Real Madrid”in imicini bərpa etmək niyyətindədir.

Qeyd edilir ki, danışıqlara "Real"ın prezidenti Florentino Peres də cəlb olunub.

Avqustun 22-də “Real”ın avqustun 30-da Mbappenin transferi ilə bağlı təkliflə çıxış edəcəyi barədə məlumat yayılıb.
 

AS agentliyinin mənbəyi bildirib ki, “Real Madrid” futbolçu üçün 130-170 milyon avro təklif edəcək.


“Transfermarkt.de” portalının versiyasına görə, 22 yaşlı Mbappe hazırda dünyanın ən bahalı futbolçusudur. Fransa yığmasının hücumçusunun qiyməti 160 milyon avro qiymətləndirilir. O 2022-ci ilin yayında azad agent olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO